Noyabrın 24-də C.Cabbarlının ev-muzeyində görkəmli satirik şair Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə muzeyin direktoru Qəmər Seyfəddinqızı şairin yaradıcılığından söz açıb, “Sabir inqilabi satiranın mübariz bayraqdarıdır!”, “C.Cabbarlı yaradıcılığında M.Ə.Sabir ənənələri” və s. mövzularda məruzələr dinlənilib. Nizami rayonundakı uşaq və gənclər yaradıcılıq mərkəzinin dram dərnəyinin üzvləri Sabirin satiraları əsasında hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Tədbir iştirakçıları muzeyin foyesində şairin həyat və yaradıcılığını əks etdirən sərgi ilə də tanış olublar.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar