Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə dahi ədibin əsərləri ilk dəfə macar dilində nəşr edilib. “Mirzə Fətəli Axundzadə. Komediyalar və nəsr” adlanan kitabda böyük ədibin altı komediyası və “Aldanmış kəvakib” povesti yer alıb. Əsərləri orijinaldan azərbaycanşünas alim, Bakı Dövlət Universitetinin məzunu Maria Keneşi çevirib.
   Ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev kitaba “Yeni Azərbaycan ədəbiyyatının banisi” adlı geniş müqəddimə yazıb. Hazırda səfirlik böyük ədibin pyeslərindən birinin macar səhnəsində tamaşaya qoyulması üçün bu ölkənin teatrları ilə danışıqlar aparır. 
   
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar