Bişkekdə rus dilində nəşr edilən və Qırğızıstan Respublikasının rəsmi dövlət orqanı olan “Slovo Kırqızstana” qəzetində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə “Dünya poeziyasının günəşi” sərlövhəli geniş yazı dərc olunub.
   Məqalənin müəllifi Bişkekdə yaşayan həmvətənimiz İlham Əsədov dahi Nizami Gəncəvinin doğma Gəncə şəhərini Qırğızıstanla əlaqələndirərək hər iki diyarın tarixi İpək Yolunun üzərində yerləşdiyini nəzərə çatdırır. Yazıda müəllif dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun öz qızına Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin qəhrəmanının adını qoymasının da təsadüfi olmadığını bildirir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar