Azərbaycan Turizm İnstitutunda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyi münasibətilə tədbir keçirildi
   
   İyulun 15-də Azərbaycan Turizm İnstitutunda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyi münasibətilə “Yeni dövrün başlanğıcı” (1969 - 2009) adlı tədbir keçirilib. İnstitutun professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi toplantıda H.Əliyevin Azərbaycan KP MK-nın I katibi seçildiyi 14 iyul 1969-cu il və yeni strategiyanın əsasını qoymuş 5 avqust 1969-cu il və 29 oktyabr 1971-ci il plenumlarının mateialları haqqında geniş məlumat verilib. Toplantıda çıxış edən institutun rektoru, tarix elmləri namizədi, dosent Cəfər Cəfərov ümummilli liderin fəaliyyətinin 1969 - 1982 və 1993-2003-cü illəri haqqında geniş məruzə edib. Tədbirin sonunda iştirakçıları maraqlandıran müxtəlif suallar institut rəhbərliyi tərəfindən cavablandırılıb və müxtəlif səpkili müzakirələr aparılıb.

  Fəxriyyə ABDULLAYEVA