2009-cu il Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı hazırlanan plana əsasən, sentyabrın 20-də Zülfüqar Hacıbəyovun 125 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
Tədbirdə Z.Hacıbəyovun “Əlli yaşında cavan”, “On bir yaşlı gəlin” “Evliykən subay” musiqili komediyalarından parçalar səslənəcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, Akademik Opera və Balet Teatrında Z.Hacıbəyovun 1915-ci ildə yazdığı “Aşıq Qərib” operası da nümayiş etdiriləcək.
Məlumat üçün bildirək ki, Zülfüqar Hacıbəyov, Niyazi ilə birgə ilk səsli Azərbaycan bədii filmlərindən olan “Almaz” filminin də musiqisini yazıb.