Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) piratçılığa qarşı mübarizəyə həsr olunan regional seminarı Bakıda keçiriləcək.
   Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun verdiyi məlumata görə, Azərbaycan piratçılığa qarşı mübarizə tədbirləri baxımından artıq MDB məkanında lider mövqeyini bərpa edib: “Azərbaycanın əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı atdığı ciddi addımları nəzərə alan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı özünün növbədənkənar seminarını noyabrda Bakıda keçirmək qərarına gəlib. Mən ÜƏMT-nin baş direktoru Frensis Qarridən məktub almışam. Orada təklif olunur ki, Azərbaycan tərəfi noyabr ayında vaxt müəyyənləşdirsin və bütün MDB məkanı ölkələrinə öz təcrübəsini göstərsin”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar