Yanvar ayının 12-də Muğam Teatrında mərhum klarnet ustası Vəli Qədimovun xatirə gecəsi keçiriləcək. Bu barədə teatrın rəhbəri Arif Qazıyev məlumat verib. Gecədə klarnet ustasının həyat və yaradıcılığından bəhs olunacaq. Məlumat üçün bildirək ki, mahir klarnet ifaçısı Vəli Qədimov Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışıb.