Yanvarın 19-da Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş «Ədəbi məşəl» adlı ənənəvi tədbir keçirilib.
   Muzeyin əməkdaşı Aygün Abbasova çıxış edərək bildirib ki, tədbiri keçirməkdə məqsədləri gələcəyimizin təmsilçiləri olan uşaqları illər ötsə də, milli azadlığımızın əsasını qoyan və adlarını öz qanları ilə tariximizə həkk edən şəhidləri unutmamağa, qəlblərində yaşatmağa səsləməkdir.
   20 il öncə baş vermiş hadisəyə bu günün nəzəri ilə baxan uşaqlar vətənpərvərlik ruhunda şeirlər oxuyublar.
   «Yeni istedadlar və gənclər» təşkilatının, 225, 226, 239 və 31 saylı orta məktəblərin şagirdlərinin ifasında müxtəlif kompozosiyaların səsləndirilməsi ilə davam edən tədbir boyunca iştirakçılara 20 Yanvar faciəsi haqqında məlumatlar verilib.
   
   SAVALAN






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar