Martın 11-də “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən Azərbaycanın Sənətkarlıq Paytaxtı elan olunan Şəki şəhərindəki “Sənətkarlar evi”ndə tədbirin Təşkilat Komitəsinin ilk iclası keçirilib. Tədbirdə təşkilat komitəsinin tərkibinə daxil olan strukturların rəhbərləri, yerli sənətkarlar və KİV nümayəndələri iştirak ediblər.
Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini, təşkilat komitəsinin sədri Zərinə Cavadova bildirib ki, proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasıyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri nəzərə alınmaqla təhlil edilib.
Təşkilat komitəsinin sədri daha sonra tədbirlər planında nəzərdə tutulan məsələlər barədə məlumat verib. Bildirmişdir ki, hazırda tədbirin loqotipinin, müvafiq lövhələrin, bayraqların, çap məhsullarının, suvenir, reklam, vitrin və sair əyani vasitələrin hazırlanması istiqamətində iş gedir. Tezliklə tədbirin təntənəli açılış mərasimi keçiriləcək və tədbirlər ilboyu davam edəcək. Dekabrda isə tədbirin təntənəli bağlanış mərasimi olacaq.
Tədbirdə Şəki Bələdiyyəsinin sədri Fikrət Cəfərov, şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov, AMEA Şəki Regional Elm Mərkəzinin direktoru Zəkəriyyə Əlizadə, etnoqraf-alim Sabir Əfəndiyev, yerli sənətkarlar çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.