Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» Proqramına uyğun olaraq 2010-cu il Gəncə Azərbaycanın əfsanələr, Qazax folklor, Şəki isə sənətkarlıq paytaxtı elan olunub.
Təsdiq olunan Tədbirlər Planına uyğun olaraq martın 10-da Gəncə Dövlət Dram Teatrında 2010-cu il Gəncənin Əfsanələr Paytaxtı elan olunmasına həsr olunan təntənəli mərasim keçirildi.
Tədbirin rəsmi hissəsində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov, Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova və Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova çıxış edərək, “Xalq Yaradıcılığı Paytaxtları” layihəsinin əhəmiyyətindən danışdılar.
Çıxışlarda respublikamızdakı siyasi sabitlik üçün, ümummilli liderimizin Gəncəyə olan diqqət və qayğısının bu gün uğurla davam etdirən ölkə rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü işlərə görə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya bütün gəncəlilər və gəncəsevərlər adından xüsusi minnətdarlıq ifadə olundu. Mərasimin bədii hissəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, «Göygöl» Dövlət Mahnı və Rəqs Ansamblının, Dövlət Kamera Orkestri və Xalq Çalğı Alətləri Orkestrinin maraqlı konsert proqramı təqdim olundu.
Respublikanın Əməkdar artistləri Alim Rzayevin, Mehparə Cəfərovanın, Leyla Məmmədovanın, Məhəmməd Mirzəyevin oxuduqları mahnılarda doğma yurdumuzu, ulu Gəncəni vəsf edən şən və oynaq mahnılar alqışlarla qarşılandı.
Balaban ustası Güloğlan Məmmədbəylinin ifa etdiyi həzin musiqi dinləyiciləri sanki əfsanələr şəhəri ulu Gəncənin tarixi keçmişinə apardı.
Mərasimə «Göygöl» Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri Elxan Mailovun quruluşunda rəqs ansamblının ifa etdiyi «Azərbaycan süitası» ilə yekun vurdu.
Onu da qeyd edək ki, «Gəncə - Azərbaycanın Əfsanələr Paytaxtı - 2010» adı altında tədbirlər silsiləsi il ərzində davam etdiriləcək.