Tanınmış yazıçı, Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, professor Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı qazax dilinə tərcümə olunub. Kitabı Qazaxıstan Texniki Universitetinin dosenti Seytbay Abenov tərcümə edib. Əsər bu ilin yayınadək Astanada nəşr olunacaq.
   Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov bildirib ki, roman indiyədək dünyanın müxtəlif dillərinə çevrilib, Rusiya, Fransa, Polşa, Türkiyə, Braziliya və başqa ölkələrdə nəşr edilib. Latın Amerikası ölkələrindən Braziliyada Azərbaycan ədəbiyyatından ancaq “Yarımçıq əlyazma” romanı çap edilib.
   “Yarımçıq əlyazma” romanının da daxil olduğu trilogiyanın digər kitabı - “Sehrbazlar dərəsi” romanı keçən il Astanada qazax dilində nəşr edilib.