Mayın 13-də Fransa Mədəniyyət Mərkəzində keçirilən tədbir belə adlanırdı. Fransada təhsil almış tələbələrin fotosərgisinin açılışına həsr olunan tədbiri səfirliyin mədəniyyət məsələləri üzrə məsul işçisi Sevrin Ofar açdı. O, qeyd etdi ki, nümayiş olunan fotoşəkillər peşəkar fotoqraflar tərəfindən çəkilməsə də, olduqca maraqlı görüntüləri əks etdirir.
Sərgidə Aytən Məmmədova, Ülfət İbrahimov, Xalid Aslanov, Fərəh Rzayeva, Cəmilə Axundovanın 60-dan çox əsəri nümayiş etdirilir.
Aytən Nitsa şəhərində təhsil alıb. Çəkdiyi 100-dən çox şəklin içindən yalnız birini - Nitsanın mənzərəsini sərgiyə təqdim edib.
Ülfət İbrahimov isə deyir ki, Strasburqda təhsil aldığım müddətdə həmişə fotoaparat yanımda olub: «O vaxt Fransada qarışıq bir dövr idi. İş müqaviləsi ilə bağlı tələbələrin aksiyaları keçirilirdi. Tələbələrin tətilləri və müəllimlərin onlarla birliyi mənim diqqətimi çəkdi».
Mərkəzin kitabxana müdiri Turanə İsayeva bildirdi ki, burda tədbirlər tez-tez keçirilir: «Bu yaxınlarda yazıçı Oliviye Rolandla maraqlı görüş oldu. O, 1994-cü ildə ilk dəfə Bakıya gəlib. Ölkəsinə qayıdandan sonra «Kristall oteldə otaq» adlı bir roman yazıb. 2009-cu ildə O.Roland yenidən Bakıya gəlir. Bu səfərdən sonra Bakının təsviri (Baku, dereers yours - 2010) adlı yeni roman yaranır. Yazıçı görüşdə bu səfərlərdən də söhbət açdı».
T.İsayeva Fransa Mədəniyyət Mərkəzinin paytaxtın təhsil ocaqları ilə sıx əlaqələri olduğunu da vurğuladı: «Bu yaxınlarda Dillər Universitetinin tələbələrinin səhnələşdirdiyi tamaşanı təqdim etdik, foto-müsabiqə keçirdik, sonra komandaların yarışması oldu. Fotomüsabiqənin birinci yeri qazanan qalibi Fransaya səyahətə göndərildi. Belə tədbirlərin keçirilməsi tələbələrin də marağına səbəb olur və böyük həvəslə iştirak edirlər. Dil kurslarımız da var. Həm tələbələr, həm də dil öyrənmək istəyən müxtəlif peşə sahibləri bura gəlirlər. Qapımız hamının üzünə açıqdır».
Sədaqət Yusifqızı