İyunun 24-də A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində Azərbaycan Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirib. 
   Mədəniyyət mərkəzinin direktoru Ziyavər Əhmədovanın verdiyi məlumata görə, tədbirdə Azərbaycan ordusunun keçdiyi inkişaf yolundan, ordu quruculuğu istiqamətində son illər görülən işlərdən danışılıb, ölkədə yüksək hazırlıqlı milli ordunun formalaşdığı vurğulanıb.
   Sonra Allahverdi Nəcəfovun rəhbərlik etdiyi “Xudafərin” instrumental xalq kollektivi və Aysel Abbasov, Vüqar Əliyevin rəhbərlik etdikləri “Şəms” rəqs kollektivinin zabit və əsgərlər qarşısında çıxışları olub. Konsert proqramında vətənpərvərlik mövzusunda musiqi nömrələri, milli və əcnəbi rəqslər ifa edilib.
   
   Ceyhun