Avqustun 21-də Qusar rayon mədəniyyət sarayında hüquq elmləri üzrə fəlsəfə doktoru Əli Eyvazovun “Bir batalyonun tarixi” kitabının təqdimat mərasimi keçiriləcək.
   Kitab prezident İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na müvafiq olaraq hazırlanıb.
   C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Azərbaycan Milli Ordusuna həsr olunmuş layihəsi çərçivəsində nəşr edilmiş kitabda 1993-cü ildə Quba-Qusar könüllülərindən ibarət batalyonun yaranması, erməni təcavüzkarlarına qarşı ölüm-dirim mübarizəsi, sıravi əsgərdən tutmuş zabitə kimi hər bir döyüşçünün torpaqlarımızın bütövlüyü uğrunda apardığı döyüşlər haqqında sənədli materiallar öz əksini tapıb.