Avqustun 24-də A.Puşkin adına kütləvi kitabxanada görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının ev-muzeyinin səyyar sərgisi açılıb. Sərgidə muzeyin eksponatları, böyük ədibin kitabları, yazıları dərc olunan qəzet və jurnallar, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər nümayiş etdiriləcək.
   Kitabxanadan bildiriblər ki, sərginin məqsədi Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, jurnalist, tərcüməçi kimi çoxşaxəli fəaliyyət göstərmiş Cəfər Cabbarlının ədəbi irsini təbliğ etmək, yaradıcılıq ənənələrini işıqlandırmaqdır.
   Muzeyin əməkdaşları sərgiyə baş çəkənlərin qarşısında müxtəlif mövzulu mühazirələr oxuyacaqlar. Sərgi avqustun 26-dək davam edəcək.