Sentyabrın 18-də Üzeyir Hacıbəylinin anadan olmasının 125-ci ildönümü münasibətilə dahi bəstəkarın ev-muzeyində tədbir keçiriləcək. Muzeydən bildirilib ki, dünya şöhrətli musiqi xadiminin 125 illiyi ilə bağlı keçirilən yubiley tədbirinin birinci hissəsində bəstəkara ithaf olunmuş rəsm əsərlərindən ibarət sərginin açılışı olacaq. Sərgidə ölkə rəssamlarının 20-dək əsəri nümayiş etdiriləcək.
Daha sonra “Contempo” solist qrupu tədbir iştirakçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış edəcək. Konsertdə unudulmaz bəstəkarın əsərləri yeni variantda ifa olunacaq.
Daha sonra “Contempo” solist qrupu tədbir iştirakçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış edəcək. Konsertdə unudulmaz bəstəkarın əsərləri yeni variantda ifa olunacaq.