Dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar sentyabrın 18-dən 28-dək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan müəssisələrdə də silsilə tədbirlər keçiriləcək.
   İdarədən bildiriblər ki, təbdirlər çərçivəsində “Milli musiqi günü”, “Ü.Hacıbəyli-125”, “Musiqi dünyası”, “Musiqimizin sönməz ulduzu”, “Dahi bəstəkar və ölməz musiqi”, “Musiqimizin korifeyləri” və digər mövzularda sərgilər açılacaq, mühazirələr dinləniləcək, xatirə gecələri təşkil ediləcək.