«Atout France» turizm agentliyinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri üçün Fransa kurortlarının təqdimatı keçirilib. Tədbirdə çıxış edən «Atout France» agentliyinin Rusiya nümayəndəliyinin direktor müavini xanım İnessa Korotkova agentliyin fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd edib ki, 1987-ci ildən fəaliyyət göstərən «Atout France»ın hazırda 29 ölkədə 35 ofisi mövcuddur: «Bir çox ölkədə nümayəndəliyi olan agentliyin 2002-ci ildə Moskvada da Rusiya nümayəndəliyi açılıb. Bu nümayəndəlik Ukrayna və MDB ölkələrini də əhatə edir».
   Bundan başqa, tədbirdə Fransada fəaliyyət göstərən turizm şirkətləri, aviaşirkətlər, hotellər, istirahət zonaları və dağ-xizək kurortlarının nümayəndələri geniş təqdimatla çıxış edərək öz təkliflərini nümayiş etdiriblər.
   Qeyd edək ki, «Atout France» Fransanın aparıcı turizm şirkətləri ilə MDB ölkələri və Ukraynada fəaliyyət göstərən turizm şirkətləri ilə içşi görüşlərini təşkil edərək onlar arasında əlaqə yaradır. Bu il ərzində «Atout France»ın Rusiya nümayəndəliyi analoji təqdimatları Rusiyanın Moskva, Sankt-Peterburq, Rostov-Don şəhərlərində təşkil edib.
   
   Fəxriyyə