Azərbaycan Turizm İnstitutunda (ATİ) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbiri açan ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov ulu öndər, qüdrətli siyasi xadim Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafında misilsiz tarixi xidmətlərindən danışıb. Rektor ulu öndərin təhsilin inkişafına daim böyük önəm verdiyini qeyd edib.
   Digər natiqlər də ümummilli lider Heydər Əliyevin böyük tarixi xidmətlərini vurğulayıblar. ATİ-nin “Turizmin təşkili və idarəedilməsi” fakültəsinin dekanı Nəsir Nəsirli, İctimai fənlər kafedrasının müdiri İbrahim Əliyev, tarix elmləri namizədi Bahadur Bilalov, YAP-ın institut təşkilatının sədri A.Fərmayılov çıxış edərək bildiriblər ki, hələ sovet illərində minlərlə azərbaycanlı gənc SSRİ-nin 150-dən çox qabaqcıl ali məktəblərinə oxumağa göndərilirdi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın böyük kadr potensialını təşkil edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar