Dekabrın 21-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Stimul” Gənclər Şəbəkəsinin və “Sevimlim” Uşaq Təşkilatının birgə təşkilatçılığı ilə “Mərhəmətlisənsə, bizdənsən” devizi altında xeyriyyə tədbiri keçiriləcək.
   Tədbirin təşkilatçıları ümid edirlər ki, mərhəmətli insanlar 2 nömrəli uşaq evinin hazırladığı “O olmasın, bu olsun” şou-tamaşada iştirak etməklə kimsəsiz uşaqlara dəstək olacaqlar.
   Bir qrup gəncin təşəbbüsü ilə yaradılmış “Stimul” Gənclər Şəbəkəsinin və “Sevimlim” Uşaq Təşkilatının əsas məramı cəmiyyətimizin mənəvi, psixoloji, maddi, eləcə də sosial dəstəyə ehtiyac duyan təbəqələrinə dayaq olmaqdır.