Dekabrın son günlərindən başlayaraq müxtəlif mədəniyyət və əyləncə mərkəzlərində təşkil olunan Yeni il şənlikləri yekunlaşmaq üzrədir. Sözsüz ki, bu şənliklər, ilk növbədə balacalar üçün, qış tətilini maraqlı keçirmək istəyən məktəblilər üçün yaddaqalan anlardır. Biz də uşaqların Yeni il sevinclərini daha yaxından hiss etmək məqsədilə paytaxtımızın iki məkanında - Heydər Əliyev Sarayında və Bakı Dövlət Sirkində nümayiş olunan bayram proqramlarını izləmək qərarına gəldik.
“Yeni il şənliyində qış möcüzəsi”
Yanvarın 2-dən Heydər Əliyev Sarayında düzənlənən “Yeni il şənliyində qış möcüzəsi” adlı konsert proqramının son nümayişi yanvarın 5-də gerçəkləşdi.
Konsert başlamazdan öncə uşaqlar darıxmasın deyə sarayda yeni istifadəyə verilən LED ekranlardan (HD formatda) Yeni ilə aid cizgi filmləri nümayiş olunurdu. Sarayın foyesində isə milli və əcnəbi cizgi film “qəhrəmanları” uşaqlarla şəkil çəkdirir, onları əyləndirirdi.
Sarayın səhnəsində qurulan böyük şam ağacı əlvan işıqlarla, oyuncaqlarla bəzədilmişdi. Yeni il şənliyinin əsas qəhrəmanları olan Şaxta baba və Qar qızın səhnəyə gəlişi uşaqların xüsusi sevincinə səbəb oldu.
Konsert proqramında “Çiçəyim” uşaq teatrı, “Dəcəl qızlar”, “Səyyah”, “Azəri inciləri” və “Şənlik” rəqs kollektivləri də çıxışlar edib uşaqlara öz töhfələrini verdilər.
Onu da qeyd edək ki, dörd gün ərzində Heydər Əliyev Sarayında qeyd olunan “Yeni il şənliyində qış möcüzəsi” adlı konsert proqramında Xalq artisti Zülfiyyə Xanbabayeva öz mahnıları ilə uşaqları sevindirib. Şənlik boyu uşaqların əyləncəsinə rəng qatan lazer şou isə balacaların marağından yayınmırdı.
Heydər Əliyev Sarayının rəhbərliyi, ənənəyə sadiq qalaraq, bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçılarının ailələrindən olan uşaqlara, Ramana, Zabrat, Maştağa, Mərdəkanda yerləşən uşaq evlərinin, Daun sindromlu psixi nevroloji dispanserin sakinlərinə sevincli anlar bəxş edib. Hər konsert proqramında 100 yer bu uşaqlar üçün ayrılıb və onlara saray tərəfindən hazırlanan xüsusi hədiyyələr verilib.
“İntersirk 2” balacalara sevincli anlar bəxş etdi
Dekabrın 24-dən Bakı Dövlət Sirkində 6 müxtəlif ölkənin sirk artistlərinin iştirakı ilə “İntersirk 2” adlı maraqlı proqram təqdim olunur.
Proqram Şaxta baba və Qar qızın gəlişi ilə başlandı. Uşaqları şam ağacının işıqlarını yandırmağa səsləyən Qar qız onlara mahnı və şeir hədiyyə etdi.
Əməkdar artist Fuad Osmanovun aparıcılığı ilə başlayan proqram Rusiya, Belarus, Polşa, Rumıniya, Tanzaniya və Qırğızıstandan gələn sirk ustalarının bir-birindən maraqlı nömrələri ilə davam etdi. İlk olaraq “Tanzaniya boys”-un qeyri-adi rəqs və hərəkətləri balacaların diqqətindən yayınmadı. Daha sonra arenaya çıxan at və dəvələr uşaqlarla yanaşı böyüklərin də marağına səbəb oldu. Ön sırada oturub bu “ağıllı” heyvanlara tamaşa etməyin həyəcanı da bir başqa idi. Yanımda əyləşən bir uşaq heyrətlə iri açılmış gözlərini heyvanlara dikib onların maraqlı hərəkətlərinə ürəkdən qəhqəhə çəkib gülürdü. Körpələrin sevincini izləmək xoş olduğu qədər də gözəl idi. Bütün qayğı və problemlərdən uzaq bu saf balacaların gözlərindəki təbəssüm insanı az da olsa bütün qayğılardan azad edirdi. “Şərq fantaziyası”, şən klounların, hava gimnastlarının çıxışları xüsusilə maraqlı idi.
Nəhayət, proqram boyu böyükdən kiçiyə hamının gözlədiyi an - Hindistan fillərinin çıxış məqamı yetişdi. Adətən televizor ekranlarından izlədiyimiz nəhəng fillər gözlərimizin qarşısında idi. Maraqlı olduğu qədər də sevimli olan nəhənglər müxtəlif hərəkətlər göstərərək hamını sevindirdi.
Qeyd edək ki, Bakı Dövlət Sirkinin “İntersirk 2” proqramı yanvarın 11-dək davam edəcək. Hər gün 2-3 tamaşa olmaqla proqram 2 saat davam edir. Odur ki, uşaqlarınızı əyləndirmək və özünüz də xoş anlar yaşamaq istəyirsinizsə, bu tamaşalara baxın.
Yeganə Cansail