![](/img/news/700x420/10522.jpg)
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda keçirilən sərgi-yarmarkada həmçinin detektiv yazarlar Elxan Elatlının "Seçilmiş cəza" və Müşfiq Xanın "Sonuncu hədiyyə" adlı yeni romanlarının təqdimat və imza mərasimi olub. İnstitutun rektoru, professor Asif Zamanov həmmüəllifi olduğu “Özünü tanı” kitabını oxuculara imzası ilə təqdim edib və layihənin əhəmiyyətindən danışıb.
Yazıçılar Şəmil Sadiq və Sevindik Mehman da “Səyyar kitab” sərgi-yarmarkalarının kitabın təbliğinə töhfə olduğunu vurğulayıblar.
“Səyyar kitab” sərgi-yarmarkasının növbəti dayanacağı 12 aprel (saat 11-18) tarixində Qaradağ rayonu Ə.Əmirov adına Mədəniyyət Sarayı olacaq. İştirak etmək istəyən şəxslər və ya təşkilatlar “kitabevim.az” saytı vasitəsilə əlaqə saxlaya və sərgilər barədə ətraflı məlumat ala bilərlər.