AMEA Əlyazmalar İnstitutu XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Nəcəfqulu bəy Şeydanın “Gülşəni-maarif” adlı təzkirəsinin əlyazmasını əldə edib. Təzkirədə XIX əsrdə və XX əsrin əvvəllərində Qarabağda, Bakıda, Şamaxıda yaşayıb-yaratmış 24 şair haqqında dəyərli məlumatlar, əsərlərindən nümunələr yer alıb. Təzkirənin nəşri və tədqiqi həmin dövr ədəbiyyat tariximizin öyrənilməsi baxımından önəmlidir.
   N.Şeyda bir sıra şeirlərində sovet quruluşunu insan hüquqlarını tapdalayan, həqiqəti deyənləri məhv edən, xalqın başına bəlalar gətirən rejim kimi tənqid edir.
   
   Fariz Yunisli