Aprelin 5-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Cənubi Qafqaz” (“Yujnıy Kavkaz”) almanaxının 3-cü sayının təqdimatı keçirildi. 
   Almanaxın Azərbaycan üzrə koordinatoru, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli bildirdi ki, topluda Qafqaz yazarlarının əsərləri rus dilində nəşr olunur. Almanax Avropa Birliyinin “Cənubi Qafqazda dialoq və psixoloji sədlərin keçilməsi” layihəsi çərçivəsində reallaşdırılır.
   Toplunun bu sayında Yaşarın, Elçin Hüseynbəylinin hekayələri, Qulu Ağsəs, Zahir Əzəmət və Rafael Tağızadənin şeirləri, Nigar Babayevanın rəsmi, azərbaycanlı mədəniyyət xadimlərinin müsahibələri yer alıb. Mərasimdə çıxış edənlər almanaxın xalqlar arasında ədəbi mübadilədə əhəmiyyətli nəşr olduğunu vurğuladılar.

   Lalə Azəri