Tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəylinin (Qaraçuxa) «Qələm» Nəşrlər Evində işıq üzü görən «Ağ-qara» kitabında Qarabağ mövzusunda hekayələri yer alıb. 1000 nüsxə nəşr olunan kitabı aprelin 10-dan başlayaraq paytaxtın müxtəlif kitab mağaza və şəbəkələrindən almaq olar. Qeyd edək ki, «Qələm» Nəşrlər Evi yazıçının ikicildlik hekayələr toplusunu da nəşr etmək niyyətindədir. Hazırda nəşriyyatda müəllifin məşhur «Don Juan» romanı iki dildə (Azərbaycan və rus) çapa hazırlanır.