Yazıçı-dramaturqun ev-muzeyində tədbir keçirildi
Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş Cəfər Cabbarlının ev-muzeyində böyük ədibin milli kinomuza verdiyi töhfələrdən bəhs edən tədbir keçirildi. Tədbir C.Cabbarlının ssenarisi əsasında lentə alınmış “Almaz” filminin (1936) 75 illiyinə həsr olunmuşdu.
«Cəfər Cabbarlı və Azərbaycan kinosu» adlı tədbiri açan muzeyin baş elmi işçisi Qəmər Bağırova C.Cabbarlının zəngin yaradıcılıq yolu keçdiyini bildirdi: «O, zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək ədəbiyyatın həm şeir, həm dram, həm də nəsr növlərindən bacarıqla istifadə edib. Cəfər Cabbarlı eyni zamanda istedadlı jurnalist, tərcüməçi və kino xadimi kimi də şöhrət qazanıb».
Kinoşünas Aydın Kazımzadə C.Cabbarlının kino yaradıcılığından, qadınları ictimai həyata cəlb etmək üçün etdiyi cəhdlərindən danışdı: «1928-ci ildə Bakı kino fabrikində Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə «Hacı Qara» əsərinin motivləri əsasında film çəkilir. Həmin filmin ssenarisini yazan Cabbarlı «Hacı Qara» bədii filmi ilə Azərbaycanın ilk milli kino ssenaristi kimi tanındı. 1929-cu ildə onun ssenarisi üzrə «Sevil» filmi çəkilib. Bu film Azərbaycan kinematoqrafçılarının qadın hüquqsuzluğuna, qadın əsarətinə ilk etiraz səsi idi. Göründüyü kimi, Cəfər Cabbarlı milli kino sənətimizin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Kinematoqrafiya tariximizin “qızıl fondu”na «Sevil», «Almaz» kimi gözəl filmlər bəxş edib».
Filologiya elmləri doktoru Vəli Osmanlı C.Cabbarlının qaldırdığı problemlərin müasir dövrdə belə yaşandığını diqqətə çatdırdı: “Cəfər Cabbarlını narahat edən məsələlər-cəmiyyətdə azyaşlı qızların ərə verilməsi kimi hadisələrə indi də rast gəlinir. Bu barədə dəfələrlə fikir mübadilələri aparmışıq. Məktəblərdən uzaqlaşdırılan, təhsil almayan uşaqlar bu gün də az deyil».
Tədbirdə daha sonra Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Dərnəyinin C.Cabbarlının satirik şeirlərindən hazırlanan kompozisiyası təqdim olundu.
Gülər