Aprelin 14-də “Park Bulvar” ticarət mərkəzindəki “Əli və Nino” kitab mağazasında detektiv yazar və naşir Müşfiq Xanın imza günü və yeni çap olunmuş “Sonuncu hədiyyə” romanının təqdimat mərasimi keçirilib. “Hədəf nəşrləri”ndə işıq üzü görən “Sonuncu hədiyyə” romanı müəllifin bədii detektiv janrında beşinci kitabıdır.
   "Əli və Nino" mağazalar şəbəkəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Hədəf” kurslarının həmtəsisçiləri Şəmil Sadiq, Vüqar Tarquliyev, yazarlar Elxan Elatlı, Aydın Xan, Cəlil Cavanşir, Əkbər Qoşalı, Qanun Ümman, Oktay Hacımusalı və Rüfət Əhmədzadə çıxış edərək, “Sonuncu hədiyyə” romanı barədə fikirlərini bölüşüblər, müəllifə uğurlar arzulayıblar.