Dünya Mədəniyyətlərarası Dialoq Forumunun dünyada ilk dəfə Azərbaycanda keçirilməsi olduqca böyük hadisədir. Bu sözləri Forumda iştirak edən ANSA (İtaliya) )agentliyinin baş redaktoru Ciulio Pekora deyib. Forumun sivilizasiyalarası dialoqun inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu deyən C.Pekora bildirib ki, bu möhtəşəm tədbirin məhz Bakıda keçirilməsi sürətlə inkişaf edən Azərbaycana dünya miqyasında verilən böyük önəmin bariz nümunəsidir.
   Azərbaycana bir neçə dəfə səfər etdiyini deyən C. Pekora hər dəfə ölkəmizdə gördüyü sürətli inkişaf proseslərinin onda böyük təəssüratlar yaratdığını vurğulayıb: “Coğrafi baxımdan Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi bu ölkənin dünyada mədəniyyətlərarası dialoqun təbliğində mühüm rol oynadığını göstərir”.