Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi bu ölkənin dünyada sürətlə artan nüfuzunun bariz göstəricisidir. Bu sözləri Forumda iştirak etmək üçün Bakıda səfərdə olan İtaliyanın nüfuzlu AGİ agentliyinin prezidenti xanım Daniela Viqlione deyib. Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu qeyd edən xanım D. Viqlione beynəlxalq miqyasda ölkəmizə getdikcə artan marağı məmnunluqla vurğulayıb.
   Bakıda gördüyü sürətli inkişaf proseslərini yüksək qiymətləndirən AGİ-nin prezidenti Azərbaycanın zəngin mədəni irsi, dinamik iqtisadi inkişafı, turizm potensialı ilə bağlı məlumatları İtaliyada və bütün Avropada yaymaqda maraqlı olduqlarını bildirib.