Səməd Vurğun adına Sumqayıt şəhər mərkəzi kitabxanasında Sumqayıt şəhər və Qusar rayon mərkəzi kitabxanaları kollektivlərinin iştirakı ilə “Kitabxana fondları - regionun inkişafının əsas informasiya resusu kimi” mövzusunda dəyirmi masa keçirilib. Qusar rayon MKS-nin direktoru Zahir Mustafayevin verdiyi məlumata görə, təcrübə mübadiləsi məqsədi daşıyan görüşdə məlumat-biblioqrafiya, təşkilati-metodika, kitabişləmə və komplektləşdirmə şöbələrinin iş prinsipləri müzakirə olunub, xidmət və elektron-informasiya şöbələrində işin daha səmərəli qurulması istiqamətində təkliflər irəli sürülüb. Dəyirmi masa “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Mədəniyyət və Turizm Nazirliyinin Tədbirlər Planına uyğun olaraq təşkil olunub.