2008-ci ilin iyulunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilən “Qızıl Kəlmə” Ədəbi Mükafatına 4 nominasiya üzrə əsərlərin qəbulu 2009-cu il martın 1-də başa çatmışdır. Mükafatlandırma mərhələsinə qəbul olunan əsərləri nominasiyalar üzrə diqqətinizə çatdırırıq.
Nəsr əsərləri
1. Elçin Hüseynbəyli: “On üçüncü həvari - Don Juan” (roman)
2. Əlisahib Əroğul: “Boz adam” (roman)
3. Eldar Qəmərli: “Ağacdələn” (hekayələr)
4. Gülşən Tofiqqızı: “Oxatan” (hekayələr) (rus dilində)
5. Yunus Oğuz: “Nadir şah” (roman)
6. Aqil Abbas: “Dolu” (roman)
7. Ülviyyə Heydərova: “Noutbuk” (hekayələr)
8. Rövşən: “Qadın düşərgəsində” (hekayələr)
9. Natiq Rəsulzadə: “Adacıq” (rus dilində)
10. Eyvaz Zeynalov “Qarabağ hekayələri”
11.Hacı Abdulla “Qaçqınlar” (“Ulduz” jurnalında çap olunan hekayələr)
12. Varis: “Sonuncu ölən ümidlərdir” (roman)
Poeziya
1. Elxan Zal: “Türk əsrinin türküləri” (şeirlər)
2. Ramiz Məmmədzadə: “Zirvə” poeması;
3. Taleh Həmid: 4 cildlik əsərlərinin 1-ci və 2-ci cildi;
4. Zakir Fəxri: “Qalmaz belə, qalmaz dünya” (şeirlər)
5. Mətləb Misir: “Çadır, çadır rəngləri” (şeirlər)
6. Dayandur Sevgin: “50-dən o yana yollar yoxuşdu” (şeirlər)
7. Mehman Qaraxanoğlu: “Sənin nəğmələrin” (şeirlər)
8. Səlim Babullaoğlu: “İlyas Göçmənin şəkil dəftəri” (şeirlər)
9. Firudin Şahbuzlu: “Səbəbli səbəbsizlər” (şeirlər)
10. Qəşəm Nəcəfzadə: “Qadının ölümü” (şeirlər)
11. Şərqiyyə Süleymanlı: “Ürəkdən gələn misralar” (şeirlər)
12. Mənsurə Qaçayqızı: “Dünəndə qalan sabah” (şeirlər)
Ədəbi tənqid və publisistika
1. Hüseynbala Mirələmov: “Heydər Əliyev”
2. Həsən Quliyev “Azərbaycanın mühacir ədəbiyyatı” (rus dilində);
3. Gülxani Pənah: “Fikrət Qocanın yaradıcılıq yolu”
4. Nəsib Bayramoğlu: “Arı və demokratiya”
5. Şamil Süleymanlı “Azərbaycan Ədəbiyyatı Ensiklopediyası” I cild;
6. Mustafa Çəmənli: “Leyli və Məcnun” 100 il səhnədə”
7. Qəşəm İsabəyli: “Ölü bilər, mən bilərəm”
8. Əkbər Qoşalı: “Altun bitig”
9. Müslüm Hikmət: “Sosial həyatın ensiklopediyası”
10. Sərvaz Hüseynoğlu: “İmamverdi Əbilov tənhalığı”
11. Mahirə Abdulla: “Əbədiyyət-an”
Orijinaldan bədii tərcümə əsərləri
1. Saday Budaqlı: M.Bulqakovun “Master və Marqarita” (roman)
2. Məmməd Oruc: Gülşən Lətifxanın “Azər və Aida” (roman)
3. Bəsti Əlibəyli: Orxan Aras “Son cənnət” (roman)