İyunun 14-də Hüseynqulu Sarabski adına Mədəniyyət evində Zəngilan Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayonun idarə və təşkilatlarının, mədəniyyət müəssisələrinin kollektivləri iştirak edirdi. Aparıcıların təqdimatında ümummilli lider Heydər Əliyevin Azərbaycanın ən ağır günlərində siyasi hakimiyyətə yenidən qayıdışı, çoxşaxəli fəaliyyəti barədə tarixi həqiqətlər bir daha iştirakçıların nəzərinə çatdırıldı.
   Tədbirdə “Xalq ulduzu” mahnı müsabiqəsinin qalibi Tural Salmanov, müğənni Almaz Orucova, Təranə Qumral, Musa Musayev, aşıq Telli Borçalı və başqaları maraqlı konsert proqramı ilə çıxış etdilər. Konsertdə Azərbaycanın xalq mahnıları, Azərbaycana həsr olunmuş musiqi nömrələri ifa olundu.