Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 86-cı ildönümü münasibətilə şairin doğulduğu Şəki şəhərində xatirə tədbiri keçirilib. 
   Şairin büstünün qoyulduğu mərkəzi meydanlardan birində ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq 2009-cu ilin əvvəlində əbədiyyətə qovuşmuş Bəxtiyar Vahabzadənin xatirəsinin həmyerliləri tərəfindən daim əziz tutulduğunu bildirib. O, xalqımızın sevimli poeziya ustasının xatirəsini anmaq məqsədilə hər il avqustun 16-da, şairin doğum günündə Şəki şəhərində ənənəvi olaraq “Bəxtiyar poeziya günləri”nin keçirildiyini diqqətə çatdırıb.
   Natiq Xalq şairinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırladıb, bu sənəddən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə şəhər icra hakimiyyəti tərəfindən xüsusi tədbirlər planının təsdiq edildiyini, şəhərin mərkəzi meydanlarından birində qüdrətli söz ustasının büstünün qoyulduğunu, məktəblərdən və şəhərin küçələrindən birinə şairin adının verildiyini bildirib.
   Tədbirdə AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Bakı Dövlət Universitetinin professorları Şirməmməd Hüseynov, Fərman İsmayılov, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslan və başqaları çıxış edərək Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı böyük xidmətlərindən danışıb, şairlə bağlı xatirələrini bölüşüblər.
   Şairin ailə üzvləri adından həyat yoldaşı Dilarə xanım və qızı çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
   Tədbirdə şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirlər səslənib.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar