Uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi təşkil olunacaq
  
   F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə sentyabrın 28-dən oktyabrın 4-dək dövlət müstəqilliyimizin 20 illiyi ilə əlaqədar «Kitab karvanı: Uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi» keçirəcək. Sərginin keçirilməsində məqsəd uşaq ədəbiyyatına marağı artırmaq, uşaqları mütaliəyə cəlb etmək, sərgilərin keçiriləcəyi rayonlarda uşaqların oxu ehtiyacını təmin etmək, kitab karvanı keçən yerlərdə ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdir.
   Kitabxanadan verilən məlumata görə, layihə çərçivəsində kitab sərgiləri, uşaqların əl işləri, rəsmləri nümayiş olunacaq, rayon uşaq kollektivlərinin ifasında rəqslər, mahnılar dinləniləcək. Həmçinin uşaqlar arasında «Nağıllarımızı bilirsinizmi?» adlı viktorina da keçirilərək qaliblər mükafatlandırılacaq. Uşaqların çox seçdikləri kitabların multimedia nümayişi, yazıçı və şair, rəssam, nəşriyyat işçiləri ilə maraqlı görüşlər təşkil olunacaq. Səyyar sərgilər hər bir rayonda Heydər Əliyev adına parkda nümayiş olunacaq.
   F.Köçərli adına Respublika Uşaq Kitabxanası səyyar sərgilərdə nümayiş olunan kitabları uşaq kitabxanalarına hədiyyə edəcək. Sərgilərdə 2500-ə yaxın uşağın iştirakı gözlənilir. Rayonlar üzrə keçirilən «Bu da mən» adlı rəsm müsabiqəsi qaliblərinə diplom və mükafatlar təqdim ediləcək. «Altun», «Təhsil», «Turan», Kitab klubu, «Beşik», «Çinar-çap» nəşriyyatlarının kitablarının sərgi-satışı da təşkil olunacaq.
  
   Gülər
  







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar