İçərişəhərdə Milli Musiqi Gününə həsr olunmuş sərgi
   
   Sentyabrın 19-da XV əsr memarlıq abidəsi olan Kiçik Karvansarada “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr edilmiş “Bakı tipajları” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər dahi Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafı və təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, tədbirin məqsədi gənc musiqiçilərin və rəssamların bacarıqlarının sintezini yaratmaq və onların bir istiqamətdə fəaliyyətinə dəstək olmaqdır.
   Tədbirdə üç tanınmış rəssamın - Əzim Əzimzadə, Nəcəfqulu İsmayılov və Ələkbər Rzaquliyevin karikaturaları nümayiş etdirilib. Qurban Abbasov adına Mədəniyyət sarayının kollektivinin iştirakı ilə Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Eyni zamanda Rəssamlıq Akademiyasının tələbələri və məzunları öz karikatura çəkmək bacarıqlarını nümayiş etdiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar