Sentyabrın 16-17-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində TÜRKSOY-un qeyri-maddi irs üzrə IV seminarı keçirilib. Beynəlxalq seminarla paralel surətdə TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə milli komissiyalarının II iclası təşkil olunub.
   
   Beynəlxalq seminarda Azərbaycan, Qazaxıstan, Türkiyə, Türkmənistan, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan respublikaları, Şimali Kipr, Moldovanın Qaqauz Yeri, TÜRKSOY və UNESCO-dan nümayəndə heyətləri iştirak ediblər.
   Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edib. TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə milli komissiyalarının II iclasında isə ölkəmizdən UNESCO üzrə Azərbaycan Milli Komissiyasının attaşesi Ramin Əliyev iştirak edib.
   Seminarda çıxış edən Tatarıstanın mədəniyyət naziri Ayrat Sibaqatullin TÜRKSOY-a üzv dövlətlərin qeyri-maddi mədəni irsin qorunması sahəsində fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Tədbir çərçivəsində TÜRKSOY-un qeyri-maddi mədəni irsə həsr olunmuş internet saytının təqdimatı keçirilib.
   Beynəlxalq seminarda həmçinin TÜRKSOY-a üzv dövlətlərin Qeyri-maddi mədəni irsi Siyahısının layihəsi, təşkilatın 2012-2015-ci illər üçün “Qeyri-maddi mədəni irs paytaxtları” proqramının formalaşdırılması, TÜRKSOY-da iştirakçı ölkələr tərəfindən UNESCO-ya müştərək təqdim edilmək məqsədi ilə ümumi mövzuların müəyyən edilməsi və s. məsələlər müzakirə olunub.
   Azərbaycan tərəfi “Qeyri-maddi mədəni irsin qorunmasına dair” UNESCO Konvensiyasının tövsiyələrinə əsasən və qeyri-maddi mədəni irs sahəsində beynəlxalq təcrübədən, o cümlədən Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayüllərinin Kompendiumu” kimi beynəlxalq layihələrdən bəhrələnərək həyata keçirilən islahatlar barədə məlumat verib. Azərbaycanda qeyri-maddi mədəni irs sahəsində aparılan islahatlara dair məlumatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. TÜRKSOY-a üzv ölkələrin bu sahədə Azərbaycan təcrübəsindən bəhrələnmələrinin vacibliyi vurğulanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar