Mətbuat Şurasında “dəyirmi masa” keçirilib
   
   Sentyabrın 22-də Azərbaycan Mətbuat Şurasında “Mediada dil amili” mövzusunda “dəyirmi masa” keçirilib. Bu, Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan mediasında dil xüsusiyyətləri” layihəsi çərçivəsində keçirilən ikinci toplantıdır.
   MŞ-nin sədri Əflatun Amaşov layihənin yekunlarına həsr olunmuş tədbirdə Azərbaycan mediasında dil xüsusiyyətlərindən danışaraq bu sahədə Şuranın apardığı monitorinq barədə məlumat verib.
   Mediada ədəbi dil normalarının tez-tez pozulmasının müşahidə olunduğunu qeyd edən Ə.Amaşov KİV-lərdə ana dilindən istifadə xüsusiyyətlərinə dair monitorinqin nəticələrini açıqlayıb. Monitorinq zamanı bu sahədə 21786 qanun pozuntusu qeydə alınıb. Araşdırmalar bir neçə istiqamətdə aparılıb, leksik, qrammatik və üslub pozuntuları müəyyən olunub. Pozuntuların 305-i leksik, 2061-i morfoloji, 7418-i sintaktik qaydalara əməl edilməməsi, 14056-sı üslub pozuntuları ilə bağlı olub. Leksik pozuntular əsasən dialekt və şivələrin, terminologiyaların və neologizmlərin istifadəsi ilə əlaqədardır.
   KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli , “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq” qəzetinin əməkdaşı İlham Abbasov və başqaları mövcud sahədəki problemlərin aradan qaldırılması yollarından danışıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar