Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov ölkəmizdə səfərdə olub. Sentyabrın 21-də prezident İlham Əliyev Bolqarıstan nazirini qəbul edib. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika və turizm sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
   
   Həmin gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Nazir Əbülfəs Qarayev bu ilin aprelində Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın mədəniyyət naziri Vejdi Raşidovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyini nəzərə çatdıraraq, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirdi. İkitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı. Əbülfəs Qarayev yaxın vaxtlarda ölkəmizdə Bolqarıstan Mədəniyyəti Günlərinin keçiriləcəyini diqqətə çatdırdı.
   Görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olundu. Nazir Əbülfəs Qarayev son zamanlar Azərbaycanın turizm sənayesində böyük irəliləyişlər olduğunu və ölkə rəhbərliyinin dəstəyi ilə ciddi islahatlar aparıldığını qeyd etdi, Azərbaycanın turizm şirkətləri ilə Bolqarıstanın turizm şirkətləri, eyni zamanda dövlət qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.
   Öz növbəsində Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov Azərbaycanda gedən inkişaf prosesini yüksək qiymətləndirdi. Nazir Bolqarıstanın Azərbaycanla turizm sahəsində əməkdaşlığa hazır olduğunu vurğulayaraq, belə gözəl, tarixi şəhərdə olmağından məmnunluğunu bildirdi. O, həmçinin ölkəsinin turizm sənayesi haqqında məlumat verərək Bolqarıstanda turizm sahəsində yeni qanun layihəsinin hazırlandığını qeyd etdi.
   Sonra nazir Əbülfəs Qarayev Şahdağ yay-qış turizm kompleksi haqqında həmkarına məlumat verdi, bolqarıstanlı turistləri burada görməkdən məmnun olacağını vurğuladı.
   Görüşun sonunda Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri həmkarı Əbülfəs Qarayevə səmimi görüşə görə dərin minnətdarlığını bildirdi və tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim etdilər.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar