Moskvada MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilən “Debütlərin Birliyi” Beynəlxalq müsabiqəsi münsiflər heyətinin iclası keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin təsviri sənət şöbəsinin müdiri Natiq Səfərov və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi arxivinin müdiri İdris Əliyev iştirak edib.
   İclasda 2011-ci ilin Müstəqil Dövlətlər Birliyi məkanında “Tarix-mədəniyyət ili” elan olunması çərçivəsində MDB-yə üzv dövlətlərin maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliğ edilməsi sahəsində gənc mütəxəssislər üçün nəzərdə tutulmuş “Debütlərin Birliyi” beynəlxalq müsabiqəsinin “Tədqiqat və kəşf”, “Dirçəlmə və mühafizə” və “Maarifləndirmə və populyarlaşdırma” nominasiyaları üzrə qaliblər elan edilib. Hər nominasiya üzrə üç laureat və diplomantlar müəyyən edilib.
   Gərgin müzakirələrdən sonra Azərbaycanın gənc xanəndəsi Qoçaq Əsgərov “Debütlərin Birliyi” Beynəlxalq müsabiqəsinin laureatı seçilib. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin bərpaçı rəssamı Sultan Sultanov və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucov müsabiqənin diplomantları olublar.
   Qaliblər Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun növbəti tədbirində təltif ediləcəklər.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar