Oktyabrın 11-də Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Gənc Tamaşaçılar Teatrında “Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi” mövzusunda bölmə iclası keçirilib.
   Rusiya prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun sədrliyi ilə keçən iclasın birinci hissəsində “Mədəniyyətin universallaşması qloballaşmanın problemi kimi” mövzusunda çıxışlar olub. Azərbaycanlı alim, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, Rusiya yazıçısı Dmitri Bıkov, tanınmış kinorejissor Andrey Konçalovski, Avropa Şurasının gənclər və idman məsələləri üzrə direktor müavini Bunes Ulrix, Nobel mükafatı laureatı, yazıçı Naypol Vidiadxar Suracprasad, Türkiyənin Topqapı Sarayının direktoru İlbert Ortaylı və başqaları çıxış edərək qloballaşan dünyada çoxmədəniyyətliliyin təzahürləri barədə fikirlərini bölüşüblər. Mövzu ilə bağlı məruzələr dinlənilib. Çıxışlarda sivilizasiyalararası müharibələrin səbəbləri, mövcud regional münaqişələrin acı nəticələri, mədəniyyətlərarası dialoqun mahiyyəti, çoxmədəniyyətliliyin əleyhinə çıxan siyasi meyllərin mənfi təzahürləri barədə fikirlər səslənib.
   Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun sədrliyi ilə davam edəcək ikinci paneldə “Postmodern mədəniyyətin dinamikasının ritmləri”, Polşa Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun professoru Sezar Vodzinskinin moderatorluğu keçəcək üçüncü bölmədə isə “Postmodern mədəniyyətində mənəvi şəxsiyyət modeli” mövzuları üzrə müzakirələr aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar