Qazax rayon Mərkəzi Kitabxanası rayon Mədəniyyət evində “Müstəqil Azərbaycan - 20 ildə” adlı dəyirmi masa keçirib. Tədbirdə Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev, mədəniyyət, kitabxana işçiləri, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filiallarının müəllimləri, rayon Təhsil Şöbəsinin işçiləri, muzey işçiləri, Qazax Sosial İqtisadi Kollecinin müəllim və tələbələrindən ibarət fəal oxucular iştirak ediblər.
Tədbiri giriş sözü ilə MKS-nin direktoru Solmaz Babanlı açaraq Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar kitabxanalarda keçirilən silsilə tədbirlər barədə danışıb. İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova çıxış edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişaf yoluna çıxdığını vurğulayıb. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev çıxış edərək müstəqil Azərbaycanın memarı Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filalının baş müəllimi Fazil Əliyev, Qazax Sosial-İqtisadi Kollecinin baş müəllimi Qiymət Bağırova, kollecin gənclər təşkilatının katibi Türkan Hacıyeva da mövzu ətrafında çıxış ediblər. Tədbir “Müstəqil Azərbaycan- 20 ildə” mövzusuna həsr olunmuş kitab sərgisinə baxışla başa çatıb.