Yeni layihə təqdim olundu
   
   «ELS» Müstəqil Araşdırmalar Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Uşaq İnternet portalının yaradılması» layihəsini həyata keçirir. Oktyabrın 7-də mərkəz aidiyyəti qurumların iştirakı ilə layihənin ilkin təqdimatını keçirdi.
   
   Mərkəzin rəhbəri İradə Yaqubova təqdimatda çıxış edərək, layihə barədə ətraflı məlumat verdi. Bildirdi ki, sentyabrda başlanan və üç ay müddətinə nəzərdə tutulan layihənin məqsədi Azərbaycanda uşaq və yeniyetmələrin mədəni inkişafı üçün yaradılmış imkanları müasir elektron texnologiyalar vasitəsi ilə dünya ictimaiyyətinə təqdim etməkdir: «Portal sırf uşaqlar üçün deyil. Uşaqlarla işləyən mütəxəssislər də bu elektron resursdan istifadə edə biləcəklər. Bu cür internet portalı Azərbaycanda ilk dəfə yaradılır. Burada verilən hər hansı informasiya bizim körpələrimizin, yeniyetmələrimizin mədəni tərbiyəsinə xidmət edəcək. Portaldan orta məktəb müəllimləri də yararlana biləcəklər».
   Sayt «Uşaq yaradıcılıq kollektivləri», «Müsabiqələr», «Uşaqların yaradıcılığı», «Valideynlər üçün məsləhət otağı», «İncəsənət aləmi uşaqlar üçün» və s. bölmələrdən ibarət olacaq. Uşaqlar burada ədəbi əsərlər, bədii və cizgi filmləri, opera və operettalar və başqa sahələrlə bağlı məlumat əldə edəcəklər. Həmçinin valideynlər bu bölmələrdən uşaqların davranışı, psixologiyası, dərs hazırlayarkən oturma qaydaları və s. ilə bağlı istənilən məlumatı əldə edə biləcəklər. Saytda teatrların ünvanları, elanları, habelə şair və yazıçılar, bəstəkarlar, rejissorlar və digər yaradıcı insanlar haqqında ətraflı məlumat yerləşdirmək nəzərdə tutulub: «Portalda həm ölkə daxilində, həm də xarici ölkələrdə uşaqların mədəni inkişafı üçün yaradılan şərait barədə informasiyalar yerləşdirəcəyik. Ölkəmizdə fəaliyyətdə olan uşaq yaradıcılıq kollektivlərini də unutmamışıq».
   Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov çıxış edərək, saytda Azərbaycanın tarixi, Qarabağ barədə bölmənin yaradılmasının zəruriliyini bildirdi. Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan isə saytda gözdən əlillər üçün hazırlanan səsli nağılların yerləşdirilməsini təklif etdi.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar