Oktyabrın 13-də Polşanın Avropa Birliyinə sədrliyi çərçivəsində Lublin şəhərində Avropa Birliyi ölkələrinin, quruma üzvlüyə namizəd və Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin xarici işlər və mədəniyyət nazirliklərinin nümayəndələrinin iştirakı ilə iclas başlanıb. Oktyabrın 14-ü başa çatacaq iclasın gündəliyinə Avropa Birliyinin tərəfdaş ölkələr ilə mədəniyyət sahəsində əlaqələri, mədəniyyətin xarici siyasətdə rolu, Şərq Tərəfdaşlığının inkişafında mədəniyyət diplomatiyasının əhəmiyyəti və digər məsələlərin müzakirəsi daxildir.
   Görüşün keçirilməsi əsasən yaradıcı düşüncə tərzinin stimullaşdırılması, fikir və ideya mübadiləsi məqsədi daşıyır. İclasda Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə iştirak edir. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar