“Möhkəm ənənələr, milli mənəvi dəyərlər üzərində müasir dövlət qururuq”
   
   Oktyabrın 17-də “Buta” sarayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda çıxış edib.
   
   Azərbaycan xalqını dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə ürəkdən təbrik edən prezident yubileylə bağlı xüsusi sərəncam imzalandığını, sərəncama əsasən bu ilin əvvəlindən həm Azərbaycanda, həm xaricdə müxtəlif tədbirlər keçirildiyini bildirib. İyirmi il ərzində müstəqil Azərbaycanın böyük və uğurlu yol keçdiyini vurğulayan dövlət başçısı bu inkişafın təməlində ölkənin maraqlarına xidmət edən siyasətin dayandığını deyib: “Bu gün, sözün əsl mənasında, Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu siyasət xoşniyyətli siyasətdir. Bu siyasət əməkdaşlığı, o cümlədən regional əməkdaşlığı gücləndirən bir siyasətdir”.
   Prezident qeyd edib ki, Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir: “Əlbəttə ki, ölkə qarşısında duran problemlər hələ də var və bu da təbiidir. Ancaq bu problemlər həll olunur və ən önəmlisi, problemlərin həlli üçün bizdə düşünülmüş proqramlar vardır. Bu proqramlar bütün sahələri əhatə edir”.
   Ölkəmizin qarşısında dayanan ən böyük problemin Qarabağ məsələsi olduğunu bildirən prezident bu məsələdə haqq-ədalətin Azərbaycanın tərəfində olduğunu deyib: “Haqq-ədalət bizim tərəfimizdədir, bunu hamı bilir. Erməni lobbisi nə qədər çalışsa da, biz dünyaya bəyan edə bilmişik, göstərə bilmişik ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır, həm tarix baxımından, həm beynəlxalq hüquq baxımından. Mən əminəm ki, bu məsələ ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir”.
   Dövlət başçısı vurğulayıb ki, 20 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib: “İyirmi il həm böyük bir müddətdir, həm də kiçik. Kiçikdir ona görə ki, tarix üçün 20 il heç nədir. Müstəqil bir ölkənin inkişafı üçün 20 il o qədər də böyük müddət deyildir. Ancaq, eyni zamanda, bu 20 il ərzində o qədər böyük işlər görülmüşdür ki, biz bu 20 ili böyük müddət kimi də qəbul edə bilərik və edirik. Biz müasir dövlət qururuq. Möhkəm ənənələr, möhkəm dəyərlər, milli-mənəvi dəyərlər üzərində müasir dövlət qururuq və uğurla qururuq. İyirmi ildə biz böyük nailiyyətlərə çatmışıq. Əminəm ki, bundan sonra da biz bu nailiyyətləri artıracağıq, ölkəmizin hərtərəfli inkişafı üçün çalışacağıq, daha da qüdrətli, daha da gözəl ölkə yaradacağıq”.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar