Oktyabrın 14-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərginin açılışı oldu. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə təşkil olunub.
Mərasimdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov bildirdi ki, sərgidə Azərbaycan rəssamlarının müstəqilliyin bərpasının iyirminci ildönümünə həsr olunmuş rəngkarlıq, qrafika və dəzgah heykəltəraşlığı əsərləri nümayiş olunur. Sərgidə təsviri sənət ustalarının son 20 ildə ərsəyə gələn işləri yer alıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən, mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafından, rəssamlarımızın əsərlərinin dünyada tanınmasından söz açdı. Qeyd olundu ki, sərgidə 87 rəssamın 95 əsəri təqdim olunur.
Xalq rəssamı Altay Hacıyev müstəqilliyimizə həsr edilmiş sərgini yüksək qiymətləndirərək 20 il ərzində rəssamlarımızın əldə etdiyi yaradıcılıq uğurlarından danışdı.
Sonra sərgiyə baxış keçirildi. Xalq rəssamı Arif Hüseynovun “Qulaq falı”, Siruz Mirzəzadənin “Sarı gəlin”, Orxan Hüseynovun “Şuşa şəhəri”, Oqtay Şıxəliyevin “Böyük neft”, İlahə Zeynalovanın “Güllər” və s. əsərlər maraq doğurdu. Neftlə bir-birindən maraqlı əsərlər yaradan rəssam Sabir Çopurovun da işləri diqqət çəkirdi.
Reyhan