Oktyabrın 25-də “Şirvanşahlar Sarayı Kompleksi”ndə Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə məşhur polyak şairi, Nobel mükafatı laureatı Çeslav Miloşun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə çıxış edən Polşanın Azərbaycandakı səfiri Mixal Labenda ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrdən danışıb və bu münasibətlərin möhkəmlənməsində yaradıcı insanların böyük əməyi olduğunu bildirib. Tədbirdə “Qəfil görüş” çağdaş polyak poeziyası “antologiyası” təqdim olunub.