Oktyabrın 27-də Bakıdakı “Qalereya 1969” sərgi salonunda gənc rəssam və fotoqraf Ədilə Fətəliyevanın foto və rəsm əsərlərindən ibarət ilk fərdi sərgisi açıldı.
   
   Tədbiri giriş sözü ilə açan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Ədilə Fətəliyevanın yaradıcılığı barədə fikirlərini bildirdi. Qeyd etdi ki, onun həm rəsmlərində, həm də foto əsərlərində incəsənətin vurğunu olduğu hiss olunur. “Mən sərgi başlamazdan əvvəl müəllifin həm fotolarına, həm də akvarel rəsmlərinə baxdım. Gənc rəssamın əsərlərində bir həssaslıq duyulur. Ümid edirik ki, hansı yaradıcılıq yolu seçəcəyindən asılı olmayaraq biz dəfələrlə onun yeni-yeni yaradıcılıq uğurlarının şahidi olacağıq”.
   Ədilə Fətəliyevanın müəllimi Tatyana Ağababayeva səbəbkarı sərgi münasibətilə təbrik etdi: “Ədilə çox istedadlı gəncdir. Onun ilk işlərindən başlayaraq tədricən püxtələşməsini izləsək, bu gün 16 yaşlı rəssamın istər karandaşla, akvarellə ya pastellə, yağlı boyalar çəkilən işlər, yaxud ipək üzərində işləmələrdə rəngkarlığın sirlərini sərbəst şəkildə və inamla öyrəndiyini görərik. Bundan əlavə, onun fotopeyzajları da rəngarəng olduğu qədər cəlbedicidir”.
   Tədbirdə çıxış edənlər gənc rəssama yaradıcılıq uğurları arzuladılar.
   Daha sonra sərgiyə baxış keçirildi. Sərgidə Ədilə Fətəliyevanın 68 foto, 38 akvarel, 3 batika işi nümayiş olunur. Onun “Axşam...Sena..Ana...”, “Dişlənmiş ay”, “Sükuta şükranlıq edirəm”, “Gülən cırcırama”, “Nurlandırma” və digər fotoları izləyicilərin marağına səbəb oldu. Sərgi iki gün davam edəcək.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar