Bakı Slavyan Universitetində fəaliyyət göstərən mədəniyyət mərkəzlərində maraqlı layihələr həyata keçirilir
   
   2000-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılan Bakı Slavyan Universiteti ötən müddətdə mühüm inkişaf yolu keçib.
   
   Universitetin rektoru, tanınmış alim və yazıçı, filologiya elmləri doktoru, professor Kamal Abdullanın rəhbərliyi ilə təhsil ocağında geniş islahatlar həyata keçirilib, tədris-tərbiyə, maddi-texniki baza tamamilə yenilənib. Bu gün Bakı Slavyan Universiteti unikal tədris və mədəniyyət mərkəzi kimi bölgədə slavyan xalqlarının mənəvi dəyərlərini tədqiq və təbliğ edir. Universitetdə Ukrayna mədəniyyət mərkəzi, Rusiya Mədəniyyəti və tədris mərkəzi (Moskva auditoriyası), Türkiyə Araşdırma mərkəzi, Müasir Yunan dili və mədəniyyəti mərkəzi, bolqar, polyak, çex dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir.
   Bu mərkəzlərdə maraqlı layihələr həyata keçirilir, slavyan ölkələrindən, digər ölkələrdən Azərbaycana gələn dövlət rəhbərləri, yüksək vəzifəli qonaqlar Bakı Slavyan Universitetindəki mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olurlar.
   Belə mərkəzlərdən biri də Çex dili və mədəniyyəti mərkəzidir. Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin köməkliyi ilə yaradılmış mərkəz iki ildir fəaliyyət göstərir. Mərkəzin rəhbəri Roza Şəfiyevanın sözlərinə görə, əsas məqsəd - gənclərin hər iki ölkənin mədəniyyəti, təhsili, maarif və elmində qarşılıqlı iştirakı, bohemistika sahəsində təhsil prosesinin mükəmməlləşdirilməsindən ibarətdir. Bu məqsədlə Bakı Slavyan Universitetinin Çexiya istiqamətində mütəxəssislər hazırlayan “Tərcümə” və “Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsinin tələbələri mərkəzin fəaliyyətinə cəlb olunublar. Mərkəzin çex dilində nəşrlərdən ibarət kitabxanası da var. Mərkəz elmi təhsil, elmi-tədqiqi və maarif istiqamətində fəaliyyət göstərir.
   Mərkəzdə dil məşğələləri ilə yanaşı müxtəlif mədəni tədbirlər, çex xalqının mədəniyyəti, tarixi, adət-ənənələri ilə bağlı bayramların keçirilir, siyasət, elm və mədəniyyət xadimləri ilə görüşlər, müxtəlif mühazirələr təşkil olunur. Görüşlərdə Çexiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə attaşesi və digər əməkdaşları da iştirak edirlər.
   2010-cu ilin mayında ölkəmizə səfər edən Çexiya Respublikasının prezidenti Vatslav Klaus mərkəzin qonağı olub. Bu ilin martında Çexiyanın ölkəmizdəki səfiri Radek Matula çexiyaşünaslıq fakültəsinin tələbələri ilə görüş keçirib və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yeni yaranmış “ Bohemistlər” işçi qrupunun üzvləri ilə tanış olub.
   Universitetdə fəaliyyət göstərən digər mədəniyyət mərkəzləri də beynəlxalq əlaqələri genişləndirir, xarici ölkələrin ali məktəb və mədəniyyət təşkilatları ilə əlaqələr saxlayırlar. Bu əlaqələrin inkişaf etdirilməsi yönündə layihələr davam etdirilir.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar