Monterey şəhərində “Könlüm keçir Qarabağdan” adlı sərgi açılıb
   
   Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğundan daxil olan məlumata görə, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi bir sıra tədbirlərlə qeyd edilib. Kaliforniyanın tarixi paytaxtı Montereyin tanınmış “Colton Hall” muzeyində təşkil edilən ziyafətdə şəhərin meri Çak Della Salla Şəhər Şurasının oktyabrın 18-ni “Azərbaycan İrsi Günü” elan edilməsi barədə qərar qəbul etdiyini deyib.   

   Azərbaycanın Lənkəran şəhəri ilə Montereyin qardaşlaşmış şəhərlər olduğunu deyən mer bildirib ki, iki şəhər arasında qurulmuş fəal əlaqələr ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfəsini verməkdədir.
   Tədbirdə iştirak edən Milli Məclisin deputatı Asim Mollazadə və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra keçdiyi uğurlu yoldan danışıb, ABŞ və Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinə toxunublar.
   Sonra Azərbaycan mənşəli amerikalı rəssam Yavər Rzayevin rəsm əsərlərindən ibarət “Könlüm keçir Qarabağdan” adlı sərginin açılışı olub. Üç gün davam edən sərgidə Azərbaycanın Qarabağ bölgəsinin əsrarəngiz təbiətini yağlı boyalarla təsvir edən tablolar nümayiş etdirilib.
    Azərbaycan nümayəndə heyəti, həmçinin Montereyin mərkəzi parklarından birində Lənkəran və Monterey şəhərlərinin qardaşlıq münasibətləri şərəfinə əkilən ağac və lövhə ilə tanış olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar