Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev beynəlxalq teatr təşkilatlarının rəhbərləri ilə görüşüb
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 1-də Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalının yüksək səviyyəli qonaqları - Beynəlxalq Kukla Teatrları İttifaqının (UNİMA) baş katibi Jak Trüdo, UNİMA-nın vitse-prezidenti Stanislav Dubrava, ASSİTEJ-in prezidenti İvet Hardi, Fuceyra Beynəlxalq Monodram festivalının direktoru Məhəmməd Saif əl-Alkam, Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə koordinatoru İbrahim Assiri, Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais, Azərbaycanın TÜRKSOY-da nümayəndəsi Elçin Qafarlı ilə görüşdü.
   
   Qonaqları salamlayan nazir vurğuladı ki, Azərbaycan dövləti mədəniyyətin bütün sahələri ilə yanaşı, teatr sənətini də daim diqqət mərkəzində saxlayır. Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin böyük qayğısı və diqqəti nəticəsində teatrlarımız sürətlə inkişaf edir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi misilsiz xidmətlər teatr sənətinin inkişafına da böyük dəstəkdir.
   Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin qeyd olunduğunu nəzərə çatdıran Əbülfəs Qarayev ötən müddətdə ölkəmizdə teatr sənətində mühüm uğurlar əldə olunduğunu bildirdi. Qeyd olundu ki, Azərbaycan teatr tarixi qədim və zəngin ənənələrə malikdir: “Bu mənada peşəkar kukla teatrının formalaşması böyük bir hadisədir və bu il Azərbaycanda bu profili teatrın yaranmasının 80 illiyini qeyd edirirk».
   Uşaqların mənəvi tərbiyəsində kukla teatrının mühüm rol oynadığını bildirən nazir teatrın zəngin repertuarının olduğunu dedi. Qeyd etdi ki, Azərbaycan kukla teatrlarının repertuarlarında dünya klassiklərindən tutmuş Azərbaycan uşaq ədəbiyyatı müəlliflərinin əsərlərinədək ən müxtəlif mövzuda tamaşalar var.
   Nazir əmin olduğunu bildirdi ki, bu festivaldan sonra Azərbaycanın kukla teatrlarının beynəlxalq əlaqələri daha da genişlənəcək, teatrlarımız dünya teatr sahəsində cərəyan edən hadisələrlə bilavasitə yaxından tanış olacaqlar: “Gələcəkdə UNİMA və TÜRKSOY-un təşkilatçılığı ilə bir çox layihələr, ustad dərsləri , mübadilələr həyata keçiriləcək. Respublikamızda fəaliyyət göstərən teatrların təkcə maddi-texniki bazasının deyil, yaradıcı mühitinin də güclü olması bizi düşündürür və buna görə də UNİMA-ya üzv olan ölkələrlə mübadiləni vacib sayırıq”.
   Görüşün sonunda UNİMA-nın baş katibi Jak Trüdo nümayəndələr adından Mədəniyyət və Turizm Nazirliyinə festivalın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi. Həm ictimaiyyətin, həm də media nümayəndələrinin festivala marağından məmnun qaldıqlarını qeyd edən qonaq tədbirin iştirakçı dövlətlər arasında dostluq körpüsü yaratdığını vurğuladı.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar